Somali Prezidenti Həsən Şeyx Mohamud bu gün Azərbaycana səfərə yola düşüb.
Bizim.Media bu barədə Somali mətbuatına istinadən xəbər verir.
“Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Moqadişoya səfərindən səkkiz gün sonra Somali Prezidenti Həsən Şeyx Mohamud Azərbaycana səfərə gedib. Bu, iki ölkə arasında diplomatik qarşılıqlı fəaliyyətin artmasından xəbər verir”, - deyə məlumatda bildirilir.
Somali Baş Nazirinin ofisinin nümayəndəsi Nəsra Bəşir Əli X sosial şəbəkəsində Həsən Şeyx Mohamudun Azərbaycana uçmazdan əvvəl təyyarəyə minməsinin videogörüntülərini yayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:00 / 11.02.2025
Somali Prezidenti Azərbaycana yola düşdü - VİDEO
Hazırda oxunan: Somali Prezidenti Azərbaycana yola düşdü - VİDEO
Hazırda oxunan: Somali Prezidenti Azərbaycana yola düşdü - VİDEO
234264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.