“İranda ümumi xətti Əli Xamaneyi müəyyənləşdirir” - Zərdüşt Əlizadədən ŞƏRH

Hazırda oxunan: “İranda ümumi xətti Əli Xamaneyi müəyyənləşdirir” - Zərdüşt Əlizadədən ŞƏRH

23426

“İranda prezident seçkilərində kimin qalib gələcəyini deyə bilmərəm. Bunu İran seçicisi müəyyənləşdirir və mən də İranın daxili siyasətinin o qədər dərin bilicisi deyiləm ki, namizədlər arasında kimin daha şanslı olduğunu deyim” - deyən, siyasi və ictimai xadim Zərdüşt Əlizadə bəzi təxminlərini də qeyd etdi.

Belə ki, Bizim.Media-ya açıqlamasında Zərdüşt Əlizadə İrandakı seçkilərlə orada formalaşmış siyasi ənənəni bağladı və...

“Yalnız onu deyə bilərəm ki, İrandakı siyasi ənənəyə uyğun olaraq gələcək qalibin mühafizəkar qanaddan olacağını təxmin etmək olar”.
 

MÖVZU İLƏ BAĞLI:

İranda seçkilər: “Yeni prezident heç nəyi dəyişməyəcək” – Tofiq Abbasovdan ŞƏRH


Bəs İranda seçiləcək yeni hökumətdən sonra Tehranın qərb və Azərbaycanla münasibətlərində hansı yeniliklər ola bilər?

“Qərblə və Azərbaycanla münasibətlərdə ciddi bir dəyişiklik görmürəm. Çünki İranın xarici siyasətini, müdafiə məsələlərini ali rəhbər müəyyənləşdirir. Prezident əlbəttə ki, müəyyən təsir göstərir, vilayəti-fəqihin tapşırıqlarını yerinə yetirir. Amma ümumi xətti Əli Xamaneyi müəyyənləşdirir. İslami dövlət kimi, İranın daxili-xarici siyasətində hansısa ciddi dəyişikliklərin baş verəcəyinə ümid etmək əsassızdır. Onların ideoloji, mənəvi, fiziki, texniki cəhətləri bu siyasətdə müəyyənləşib. Əsas məqsəd islam dövlətini qorumaqdır və təhlükəsizlik məsələlərinə diqqət yetirmək, təhlükələri dəf etməkdir. 

Bu baxımdan onlar çalışacaqlar ki, qərbin təzyiqini zərərsizləşdirsinlər, özlərinə yeni müttəfiqlər qazansınlar və İranın iqtisadi-siyasi, elmi inkişafına heç nə mane olmasın.

Azərbaycana hansısa təhlükələr gəlmir. Rəsmi Bakı Tehranla xoş münasibətlər qurulmasında maraqlıdır və İranın Azərbaycanla münasibətlərində hansısa bir mənfiyə doğru dəyişikliyin baş verəcəyinə inanmıram. Çünki Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə də həmişə çağırırdı ki, bu məsələni sülh və dinc yolu ilə həll edin. Ermənistan eləmədi, cavabını aldı. İndi də İran bizim qələbəmizi tanıyır və çalışır ki, Azərbaycanla münasibətləri normal olsun”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin