Aİ casusları Zəngilanla sərhəddə PEYDA OLDU - Hər addımınızı İZLƏYİRİK - FOTO/VİDEO

Hazırda oxunan: Aİ casusları Zəngilanla sərhəddə PEYDA OLDU - Hər addımınızı İZLƏYİRİK - FOTO/VİDEO

233726

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, avropalı müşahidəçilər bu dəfə bir neçə maşında Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər. 

Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub. 

Azərbaycan sərhədçiləri Laçın rayonunun Fətəlipəyə və Zəngilan rayonunun Seyidli kəndi ərazisindən Avropa ittifaqının Müşahidə Missiyasının üzvlərinin həm avtomobillərlə, həm də piyada hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb. 
 

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Göründüyü kimi, Aİ kəşfiyyatçıları “xristian həmrəyliyi” ideyalarını, səlibçi təfəkkürünü rəhbər tutaraq “qardaşlarını qorumaq” üçün hərəkətə keçiblər.


Onların erməni qardaşları isə həmin casuslara güvənərək revanş eşqinə düşüblər. Ancaq bunlar hamısı əbəsdir. Çünki ordumuz onların bütün addımlarını izləyir... 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin