Məzahir Pənahovun sədrliyi ilə fevralın 6-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə Komissiyanın fevralın 1-də və 3-də keçirilən iclaslarının protokolları təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də qatıldığı iclasda müraciətlərlə bağlı ərizəçilərin özlərinin bilavasitə iştirakı ilə aparılan hərtərəfli, obyektiv və şəffaf araşdırma prosesi barədə ətraflı məlumat verilib, media nümayəndələrinə və maraqlı subyektlərə daxil olan müraciətlərin araşdırılmasında yaxından iştirak etmək üçün hər cür imkan yaradıldığı vurğulanıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/07/1738872673_17388519844981518928_1200x630.jpg)
- A-
- A
- A+
Siyasət
04:50 / 07.02.2025
Mərkəzi Seçki Komissiyasının iclası keçirildi - VİDEO
Hazırda oxunan: Mərkəzi Seçki Komissiyasının iclası keçirildi - VİDEO
Hazırda oxunan: Mərkəzi Seçki Komissiyasının iclası keçirildi - VİDEO
233613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.