Sahibkarların NƏZƏRİNƏ: Subsidiyaların müddəti UZADILDI - FƏRMAN

Hazırda oxunan: Sahibkarların NƏZƏRİNƏ: Subsidiyaların müddəti UZADILDI - FƏRMAN

233540

Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli Fərmanlarına dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda sahibkarların 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-nə qədər banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya veriləcək.

Bundan əvvəl bu müddət 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək olan dövrü əhatə edirdi.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin