Azərbaycan İƏT-in islahatlar üzrə yüksəksəviyyəli komitəsinin ilk iclasında TƏMSİL OLUNDU - FOTO

Hazırda oxunan: Azərbaycan İƏT-in islahatlar üzrə yüksəksəviyyəli komitəsinin ilk iclasında TƏMSİL OLUNDU - FOTO

233097

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadi Əməkdaşlıq Təşkilatının islahatlar üzrə yüksək səviyyəli komitəsinin ilk iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasında səfərdə olub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd, İƏT-in institusional effektivliyini artırmaq, təşkilatda islahatlar və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparmaq olub.


Sözügedən Komitənin fəaliyyəti cari ildə ölkəmizdə keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı çərçivəsində digər mövzularla yanaşı baxılacaq İƏT-in növbəti 10 il üzrə strateji sənədinin müzakirəsində təməl rolunu oynayacaq.

Tədbirdə çıxışı zamanı, Yalçın Rəfiyev İƏT-də islahatlar və regionda gələcək əməkdaşlıq perspektivləri ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, “İƏT Baxışı 2035” sənədinin regionda çağırışların səmərəli həllinə və əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində Yalçın Rəfiyev İƏT-in Baş katibi Əsəd M.Xan, İƏT-ə ev sahibliyi edən ölkə qismində İranın Xarici işlər nazirinin müavini Seyed Rəsul Mohacer, eləcə də üzv ölkələrdən olan tərəf müqabilləri ilə görüşərək, çoxtərəfli əməkdaşlıqla bağlı məsləhətləşmələr aparıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin