DİN: Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb

Hazırda oxunan: DİN: Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb

233086

“Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.


"Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır", - məlumatda deyilir.

Qeyd edək ki, İnternet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, bu gün səhər saat 6-dan Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən şimal və şimal-şərq rayonlarında - Qusar, Quba, Xaçmaz, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax rayonlarında ənənəvi "Sərhəd-sipər" əməliyyatları başlayıb.

"Sərhəd-sipər" əməliyyatlarının keçirilməsində məqsəd iki qonşu ölkə arasında mövcud olan əməkdaşlıq əsasında mütəşəkkil cinayətkarlığa, narkobiznesə və digər cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin