Baş Prokurorluğa yeni səlahiyyət VERİLİR

Hazırda oxunan: Baş Prokurorluğa yeni səlahiyyət VERİLİR

233064

Azərbaycan Respublikası Baş Prokurorluğuna yeni səlahiyyət veriləcək. 

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilir. 

Layihəyə əsasən, bu səlahiyyət Azərbaycan Respublikasının Baş Prokurorluğuna da verilir. 

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin