Tramp bütün dünyanı ABŞ-a düşmən etmək İSTƏYİR?

Hazırda oxunan: Tramp bütün dünyanı ABŞ-a düşmən etmək İSTƏYİR?

233022

ABŞ Prezidenti Donald Tramp fəaliyyətə başlayandan düyanın bir sıra ölkələri və bəzi regional təşkilatları hədələməklə məşğuldur. O artıq Kanada və Meksika mallarına 25 faizlik rüsum tətbiq edib. Çin mallarına isə bir qədər az, cəmi 10 faizlik rüsum qoyub.

Bundan başqa, Tramp BRİCS ölkələrini dollardan imtina edəcəkləri təqdirdə, sanksiyalarla hədələyir. O, habelə Qrenlandiyanı ABŞ-ın tərkibinə qatacağını, Panama kanalına yenidən nəzarəti bərpa edəcəyini də bildirir. Avropa İttifaqı da bu müstəvidə kənarda qalmayıb. Bu qurum da Trampın təhdidləri altındadır. ABŞ-ın yeni Prezidenti neft istehsal edən ölkələrdən isə qiymətləri aşağı salmağı tələb edir. Siyasi müstəvidə isə Tramp yenə də İranı təhdiddə saxlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp hücum ƏMRİ VERDİ: “Sizi tapıb öldürəcəyik!”


Tramp ABŞ-ın müttəfiqi hesab olunan Avropa İttifaqına qarşı da tələblər irəli sürüb. O, qeyd edib ki, əgər Aİ əlavə gömrük tarifləri istəmirsə, ABŞ-dan daha çox neft və mayeləşdirilmiş təbii qaz (LNG) almalıdır.

Tramp bütün dünyanı ABŞ-a düşmən etmək istəyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, Tramp məsələlərə Amerikanın gücünü yenidən göstərməsi məntiqilə yanaşır:

“Burada əslində söhbət ondan getmir. Tramp məsələlərə Amerikanın gücünü yenidən göstərəcəkləri məntiqilə yanaşır. O baxımdan bir sıra ölkə və təşkilatlara daha çox sanksiyalar, vergi, rüsum və limitlər tətbiq etməklə daha güclü olduğunu göstərmək siyasətini yürüdür”.

Həmsöhbətimizin fikrincə, Trampın addımları siyasətdən daha çox biznes təfəkkürünə söykənən addımlardır.

Trampın bu siyasətinin Amerikaya uğur gətirib-gətirməyəcəyinə gəldikdə, ekspert düşünür ki, prinsipcə ABŞ-ın investisiya və maliyyə gücü ona prosesi özü üçün daha uğurla başa çatdırmağa imkan verəcək:

“Lakin bununla yanaşı, həmin prosesin gələcəyi yoxdur. İndiki mənada bu qarşılıqlı iqtisadi itkilərlə müşayiət olunacaq. Bununla belə Trampın bu addımlarının siyasi dividendləri var”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin