“Aİ missiyasının sərhəddə yerləşdirilməsi təktərəfli prosesdir və bununla bağlı razılaşma yalnız Ermənistan tərəfindən mövcuddu. Buna görə də Avropa İttifaqının missiyasını hər hansı bir moderator, balans qurmağa çalışan, həqiqətən təmas nöqtələri tapmağa çalışan bir qurum kimi qiymətləndirmək doğru olmaz”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib.
MÖVZU İLƏ BAĞLI:
Aİ casusları kəşfiyyatçılığa DAVAM EDİR – Bütün addımlarınızı İZLƏYİRİK – VİDEO
“Azərbaycan çalışacaq ki...”
Avropa İttifaqının Cənubi Qafqazda təxribat xarakterli missiyasının fəaliyyətini şərh edən Pritçin, Bakının Aİ-yə cavab verəcəyini qeyd edib:
“Xüsusilə də, Azərbaycan ilə Avropa Komissiyası arasında mövcud olan mürəkkəb münasibətləri nəzərə alsaq, bu sadəcə Aİ-nin Ermənistana siyasi dəstəyidir. Beləliklə, burada Avropa İttifaqı bir tərəfi dəstəkləyir və bu, balanssız bir mövqe yaradır.
Aydındır ki, bu, Azərbaycanı, həmçinin Rusiya Federasiyasını da narahat edir, çünki ümumilikdə bir tərəfin mövcudluğu, real bir həll cəhdi olmadan, sadəcə olaraq Avropa İttifaqının ənənəvi olaraq qapalı olan bir regionda mövcud olmaq imkanı kimi qiymətləndirilir. Bu, Brüssel ilə Bakı arasındakı əlaqələrə konstruktivlik əlavə etmir və Azərbaycan əlbəttə ki, bütün gücü ilə çalışacaq ki, Avropa İttifaqı və bu müşahidə missiyasının nümayəndələri, İrəvanın mövqeyini gücləndirən bir vasitə olmasın”, - deyə S.Pritçin əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media