Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb.
Bizim.Media STMEGI portalına istinadla xəbər verir ki, bunu İsrailin keçmiş baş Aşkenazi ravvini İsrael Meir Lau deyib.
Din xadimi Strasburqda Avropa Şurası Parlament Assambleyasında Osvensim düşərgəsinin azad edilməsi ilə bağlı Holokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı keçirilən mərasimə fəxri qonaq kimi dəvət olunub.
İsrael Lau çıxışında özünün sağ qalması hekayəsini danışaraq, yeddi yaşında hər iki valideynini itirdiyini qeyd edib.
“Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni xatırlatmaq istəyirəm: yəhudi xalqı və İsraillə sıx əlaqələri olan müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan dövləti. Azərbaycan bu gün şərə qarşı İsraillə çiyin-çiyinə dayanır”, - deyə ravvin bildirib.
O vurğulayıb ki, Azərbaycan xalqı minillik tarixi boyu öz torpağında yaşayan yəhudilərə qarşı zorakılıq nümayiş etdirməyib.
“Bundan başqa, Holokost zamanı qırğından qaçan 55 mindən çox yəhudi Azərbaycanda sığınacaq tapıb, 7 oktyabr faciəsindən (radikal HƏMAS hərəkatının hücumu - red.) sonra isə yüzlərlə Azərbaycan vətəndaşı İsrail səfirliyinə gələrək gül dəstələri və başsağlığı məktubları gətirib. Yaradan bizə pis əməlləri xatırlamağı əmr edir. Lakin biz İsrail xalqına qarşı ürəklərində sevgi və qardaşlıq atəşi alovlanan insanları da xatırlamalı, onlara təşəkkür etməliyik”, - deyə Lau vurğulayıb.
Bakıda Avropa Yəhudilərinin Sinaqoqunda Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbir keçirilib. Bu gün diplomatik korpusun nümayəndələri, din və ictimai xadimlər, eləcə də yəhudi icmasının üzvləri nasist terroru zamanı həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün toplaşıblar.
Mərasimi sinaqoqun baş ravvini Şneor Seqal açıb. Fəxri qonaqlar arasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, İsrail səfiri, Milli Məclisin deputatları, yəhudi icmalarının rəhbərləri, 30-a yaxın xarici dövlətin səfiri və ictimaiyyət nümayəndələri olublar.
“Xabad-Or-Avner” yəhudi məktəbi şagirdlərinin çıxışından sonra Holokost qurbanlarının xatirəsinin qorunmasının vacibliyini vurğulayan təsirli çıxışlar olub. Natiqlər qeyd ediblər ki, dünyada antisemitizmin həyəcanverici səviyyədə artmasına baxmayaraq, Azərbaycan ənənəvi olaraq tolerantlıq, qarşılıqlı hörmət və müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması mühitinin hökm sürdüyü ölkə olaraq qalır.
Tədbir Holokost qurbanlarının xatirəsinə hüzn və ehtiramı bildirən xatirə şamlarının yandırılması və dünyasını dəyişənlərin şərəfinə ənənəvi duaların, o cümlədən Kadiş oxunması ilə yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:00 / 30.01.2025
İsrailin keçmiş baş ravvinindən xalqımıza TƏŞƏKKÜR – “55 min yəhudiyə...”
Hazırda oxunan: İsrailin keçmiş baş ravvinindən xalqımıza TƏŞƏKKÜR – “55 min yəhudiyə...”
Hazırda oxunan: İsrailin keçmiş baş ravvinindən xalqımıza TƏŞƏKKÜR – “55 min yəhudiyə...”
232486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.