Sabiq nazirdən Rusiyaya MESAJ – “Daxili çəkişmələrinizə bizi qarışdırmayın”

Hazırda oxunan: Sabiq nazirdən Rusiyaya MESAJ – “Daxili çəkişmələrinizə bizi qarışdırmayın”

232478

"Dağlarda üfüqlər uzaqlaşır və çox şey aydınlaşır. Artıq Rusiya-Ukrayna münaqişəsində atəşkəs yaxınlaşır. Bu, yekun sülh olmayacaq, ancaq cari və ya hazırki duruma bənzər formada təmas xəttinin müvəqqəti dondurulması olacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri Töfiq Zülfüqarov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, həm Zelenski, həm də Putin özlərini qalib elan edəcəklər:

"Bununla belə, həm Ukraynada, həm də Rusiya Federasiyasında “qaliblərin” yeni oyunçularla əvəzlənməsi mövzusu aktuallaşacaq. Ukraynanın siyasi elitası və “Kreml qüllələri” daxilindəki qruplar artıq hakimiyyət uğrunda ölümcül mübarizəyə hazırlaşaraq “gizli” hərəkətlərə başlayıblar".

Tofiq Zülfüqarovun fikrincə, Qərb onlarla təmasa girir, ümidverici siqnallar verir və eyni zamanda qarşıdurmanı daha da kəskinləşdirir.

Sabiq nazir qəzaya uğrayan AZAL təyyarəsi haqda da fikrini bildirib:

"Təyyarəmizlə bağlı baş verən faciə Kremlin və Kremlə yaxın qrupların daxili siyasi mübarizəsində istifadə üçün situasiya fonuna çevrildi. Rusiya mətbuatında mövzu ilə bağlı aparılan təbliğat kampaniyasının xarakteri onu göstərir ki, Rusiya xüsusi xidmət orqanları Rusiya Federasiyasında, eləcə də Azərbaycanda öz agentlərinə nəzarəti davam etdirirlər. Ona görə də söhbət Rusiya dövlətinin hazırkı rəhbərinə açıq şəkildə meydan oxuyan iddialı və güclü “Kreml qüllələri”ndən gedir.

Azərbaycan Prezidenti öz mövqeyini açıq şəkildə bildirib. Bizi öz daxili siyasi çəkişmələrinizə qatmağa çalışmayın. Biz tələb edirik ki, təyyarə faciəsi ilə bağlı Rusiyanın mövqeyi yalnız beynəlxalq hüquq çərçivəsinə əsaslansın. “Kreml qüllələri” və Qərb oyunçuları başa düşməlidirlər ki, “yeni Priqojinlər” onların problemidir və bizi bu macəraya sürükləməyin mənası yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin