Hakan Fidan: "Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızı genişləndirəcəyik" - VİDEO

Hazırda oxunan: Hakan Fidan: "Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızı genişləndirəcəyik" - VİDEO

232286

Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistanla birgə atılacaq konkret addımlar üçün yol xəritəsi müəyyənləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.

O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq:

“İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsini təşkil edir.

Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də ticarət əlaqələrimiz genişlənir. Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızın genişləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına xüsusi önəm veririk".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin