Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir

Hazırda oxunan: Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir

231798

Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.

Bizim.Media xəbər verir ki, hökumətdəki mənbələrdən apa.az-a bildirilib ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.

“Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bunu müzakirə edənlərin hansı məqsəd daşıdıqları, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil”, - deyə mənbə bildirib.

Qeyd edək ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Konstitusiya və suverenlik ili” elan olunub.

Dövlət başçısının sərəncamında “Konstitusiya və Suverenlik ili” nin elan olunmasının səbəbi göstərilib.

Sərəncamda qeyd olunub ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin