Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçını ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bağçı özünün X hesabında paylaşım edib.
“Biz Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə sağollaşdıq.
Diplomatik fəaliyyətim boyu onunla tez-tez təmasda olmuşam, birlikdə Qarabağın işğaldan azad edilmiş hər bir guşəsini gəzmişik.
Dörd illik fəaliyyətim ərzində ən intensiv ziyarət etdiyim 602 nömrəli otaqda uzun-uzadı görüşlərimiz, məsləhətləşmələrimiz olub. Mən ona hər zaman səmimi və açıq yanaşma nümayiş etdirdiyinə, yaxın əməkdaşlığa və səylərimizə dəyərli töhfəsinə görə təşəkkür etmək istərdim”, - Bağçı sosial şəbəkədə yazıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:44 / 24.01.2025
Hikmət Hacıyev türkiyəli səfiri diplomatik fəaliyyətinin başa çatması münasibətilə QƏBUL ETDİ - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev türkiyəli səfiri diplomatik fəaliyyətinin başa çatması münasibətilə QƏBUL ETDİ - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev türkiyəli səfiri diplomatik fəaliyyətinin başa çatması münasibətilə QƏBUL ETDİ - FOTO
231582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.