Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bolu vilayətində baş verən dəhşətli yanğınla bağlı Türkiyəyə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesablarında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Ərdoğana başsağlığı verdi
"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!", - paylaşımda qeyd edilib.
Bizim.Media