Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və ölkənin Bakıdakı Səfirliyinə başsağlığı verdi

Hazırda oxunan: Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və ölkənin Bakıdakı Səfirliyinə başsağlığı verdi

231080

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən hoteldə baş vermiş yanğınla əlaqədar ölkənin daxili işlər naziri Əli Yerlikayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin