Əli Əsədov Türkiyənin Vitse-prezidentinə BAŞSAĞLIĞI VERDİ

Hazırda oxunan: Əli Əsədov Türkiyənin Vitse-prezidentinə BAŞSAĞLIĞI VERDİ

231076

Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib. 

Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin