Eritreyada girov götürülən gəmilərimizlə bağlı SON MƏLUMAT

Hazırda oxunan: Eritreyada girov götürülən gəmilərimizlə bağlı SON MƏLUMAT

230858

"Bu, noyabr ayından baş verən prosesdir. Bu barədə ilk məlumat daxil olan kimi Xarici İşlər Nazirliyi və müvafiq diplomatik missiyalarımız fəaliyyətə keçdi. Azərbaycanın Eriteriyada və yaxud Eriteriyanın Azərbaycanda diplomatik təmsilçiliyi yoxdur, XİN ən yüksək texnologiyalar və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eyni zamanda, Xəzər Dəniz Gəmiçiliyi ilə birlikdə əlaqələndirilmiş şəkildə, müxtəlif diplomatik missiyalarımız vasitəsilə fəaliyyətdəyik". 

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Eritreyadakı girov götürülən gəmilərlə bağlı  jurnalistlərə açıqlamasında deyib.
 

"Qarşı tərəflə danışıqlar gedir. Bu həm Ankara səfirliyi, Moskva səfirliyi, Nyu York nümayəndəliyi eyni zamanda qardaş Türkiyənin orada olan diplomatik nümayəndəliyi vasitəsilə təmaslar qurulub.  


Bu proses davam edir. Son həftələr ərzində danışıqlarda müsbət dinamikanı gördük. Bizdə olan məlumat o idi ki, bundan öncə müəyyən rabitə vasitələri yerli hakimiyyət orqanları tərəfindən götürülüb, sonra geri qaytarılıb".  

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin