Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq müşahidəçilər tərəfindən Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı MSK yayıb.
Qeyd edək ki, Seçki Məcəlləsinin .1.19, 1.1.20, 40.4, 40.5, 40.6, 44-cü maddələrinə əsasən, beynəlxalq (xarici) müşahidəçilər tərəfindən seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək seçki keçirilən seçki dairələrində müşahidə aparılması üçün ərizələr Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il yanvarın 19-dək olan dövrü əhatə edib.
Ötən müddət ərzində beynəlxalq (xarici) müşahidəçilər tərəfindən belə müraciət olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:08 / 19.01.2025
Beynəlxalq müşahidəçilərdən MSK-ya müraciət daxil olubmu?
Hazırda oxunan: Beynəlxalq müşahidəçilərdən MSK-ya müraciət daxil olubmu?
Hazırda oxunan: Beynəlxalq müşahidəçilərdən MSK-ya müraciət daxil olubmu?
230717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.