«Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar»
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “BBC News”a müsahibəsində deyib.
Prezident deyib ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var.
“Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq."
"Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq”
Jurnalistin “Siz bu yaxınlarda demisiniz və mən burada Sizdən sitat gətirirəm: “onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq”.
Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər” fikrinə dövlət başçısı belə aydınlıq gətirib.
“Xeyr. Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın."
"Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib.
Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum”.
Bizim.Media