Nazir: “USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu”

Hazırda oxunan: Nazir: “USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu”

230343

“Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdikdən sonra ABŞ tərəfindən ölkəmizə qarşı heç bir əsası olmayan təzyiqlər başladı. ABŞ Azərbaycanı cəzalandırmaq üçün 907-ci düzəlişi ortaya atdı. Bayden administrasiyası bu məqsədlə Azərbaycanı yardımdan məhrum etməklə bizi cəzalandırmaq istədi”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
 

C. Bayramov bildirib ki, USAID-in ölkəmizə yardımları ABŞ-ın mənafeyi üçün edilirdi. Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdilər. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı.


“Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin