Nazir Fransa telekanalına Bakı Təşəbbüs Qrupunun loqosu ilə çıxdı – VİDEO

Hazırda oxunan: Nazir Fransa telekanalına Bakı Təşəbbüs Qrupunun loqosu ilə çıxdı – VİDEO

229977

Yeni Kaledoniyada yanvarın 12-də müstəqillik uğrunda mübarizə aparanların ənənəvi anım günü qeyd olunub.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Kanala şəhərində keçirilən anım mərasimində çıxış edən Yeni Kaledoniya hökumətinin üzvü, nazir Maykl Forrest (Mickael Forrest) bu tədbirdə iştirakın əhəmiyyətindən danışaraq, bununla müstəqillik uğrunda mübarizə aparan liderlərin qətiyyəti və cəsarətinin yad edildiyini bildirib.

Qeyd edək ki, Fransa rəsmiləri və bu ölkənin Yeni Kaledoniyadakı havadarları tərəfindən son zamanlar Azərbaycana qarşı hücumlara cavab olaraq, nazir M.Forrest Azərbaycanla həmrəyliyini göstərmək üçün Fransanın dövlət televiziya kanalı “Franceinfo.1” qarşısına Bakı Təşəbbüs Qrupunun loqosu əks olunan baş geyimində çıxıb.

Rəsmi Parisin Yeni Kaledoniyadakı havadarları buna dərhal reaksiya verərək, M.Forresti qınaq atəşinə tutublar.

Yanvarın 14-də Yeni Kaledoniya Konqresinin (Parlament) üzvü və eyni zamanda, Cənub regionunun 1-ci vitse-prezidenti Filip Blayz (Philippe Blaise) nazir M.Forresti “Bakının dəbilqəsi” adlandırıb.

Qeyd edək ki, 40 il əvvəl - 12 yanvar 1985-ci ildə Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) görkəmli üzvləri Eloy Maçoro (Eloi Machoro) və Marsel Nonnaronun fransız hərbçiləri tərəfindən amansızcasına qətlə yetiriliblər.

Bu hadisədən sonra 12 yanvar tarixi Yeni Kaledoniyada anım günü kimi qeyd edilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin