Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayınlanıb. Materialın əsas süjeti bədnam azərbaycanfob Tessa Hofmanla müsahibə əsasında qurulub. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilib və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim edilib.
Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də olsun söz açılmır. Eyni şəkildə, 1987-1991-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsininüzərində sükutla keçilir.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.
Qeyd olunur ki, kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaq əvəzinə Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiq edən və bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir.
Qərbi Azərbaycan İcması olaraq biz “Deutschlandfunk” ictimai radio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınayır və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırırıq".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:14 / 14.01.2025
Almaniya radiosunda Azərbaycana qarşı böhtan dolu verilişə SƏRT REAKSİYA
Hazırda oxunan: Almaniya radiosunda Azərbaycana qarşı böhtan dolu verilişə SƏRT REAKSİYA
Hazırda oxunan: Almaniya radiosunda Azərbaycana qarşı böhtan dolu verilişə SƏRT REAKSİYA
229940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.