Avropanın enerji ASILILIĞI – “Azərbaycan qazına tələbat daha da artır” – ÖZƏL

Hazırda oxunan: Avropanın enerji ASILILIĞI – “Azərbaycan qazına tələbat daha da artır” – ÖZƏL

229939

“Xüsusi müqavilələr bazar şəraiti və danışıqlardan asılıdır, lakin Azərbaycan Avropanın artan təbii qaz tələbatını ödəmək üçün yaxşı mövqedədir”.
 

MÖVZU İLƏ BAĞLI:

Neft hasilatının stabilləşməsi, qaz ixracının artırılması planları – Enerji sektorumuzu NƏ GÖZLƏYİR?

 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Qafqaz regionu üzrə ekspert, Kanadanın Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun professoru Robert Katler deyib.

Azərbaycan qazına artan təlabatı

Professor, Bakının Avropanın enerji təhlükəsizliyində önəmli mövqe tutduğunu bildirib.

“Azərbaycanın neft və qaz təchizatçısı olması, onun enerji dayanıqlılığına olan öhdəliyi ilə ziddiyyət təşkil etmir. Azərbaycana qarşı irəli sürülən ittihamlar ölkənin daha geniş enerji strategiyasını yanlış başa düşməkdən və ya bəzən siyasi motivlər və ya seçmə narrativlər əsasında qəsdən təhrif etməkdən qaynaqlanır”, - deyə R.Katler deyib.

Böyük hədəflər

Professor əlavə edib ki, Azərbaycan enerji siyasətini xarici siyasətdən ayrı tutmaqla böyük hədəfləri olduğunu təsdiqləyir.

“Azərbaycan praqmatik yanaşmaya malikdir, bu da ona hətta geosiyasi qeyri-müəyyənlik və qeyri-sabitlik şəraitində tərəfdaşları ilə etimad qurmağa imkan verir. Rəsmi Bakının yanaşması Azərbaycanın enerji əməkdaşlığını təşviq edən sabitləşdirici qüvvə olmasını təmin etməyə çalışır. Bu həm də Azərbaycanın milli maraqlarına uyğundur”, - deyə R.Katler əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin