Ermənistanın üzvlük müraciəti ilə bağlı Aİ-dən AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: Ermənistanın üzvlük müraciəti ilə bağlı Aİ-dən AÇIQLAMA – EKSKLÜZİV

229770

“Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı müraciət etməyib”.

Bu fikirləri Bizim.Media-ya eksklüziv açıqlamasında Avropa Şurası Prezidentinin mətbuat katibi Maria Tomasik bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan SONUNCU XƏBƏRDARLIQ – Ermənistan hakimiyyət çevrilişinin ASTANASINDA


Maria Tomasik əlavə edib ki, Ermənistan tərəfindən müraciət ediləcəyi təqdirdə prosesə uyğun işlər aparıla bilər:

“Biz Ermənistanın Avrointeqrasiya prosesi ilə bağlı qanun layihəsindən xəbərdarıq və onu təhlil edib Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Bununla yanaşı, Aİ-nin mükəmməlliyinə geniş dəstək və yaxınlaşmağa imkan verən mövcud Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişimizin həyata keçirilməsi ilə artıq çoxlu işlər görürük”, - deyə M.Tomasik bildirib.

Xatırladaq ki, Ermənistan hökuməti yanvarın 9-da ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Sözügedən layihə Ermənistan parlamentinin müzakirəsinə göndərilib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin