Azərbaycan Serbiyaya qaz nəqlini DAYANDIRDI

Hazırda oxunan: Azərbaycan Serbiyaya qaz nəqlini DAYANDIRDI

229539

"Şahdəniz" yatağındakı problemlərə görə, Azərbaycan Serbiyaya 1,7 milyon kubmetr tədarükünü dayandırmaq məcburiyyətində qaldığını bildirib.

Bizim.Media xəbər verir ki, bunu Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuat konfransında bildirib.

“Pis xəbər heç vaxt təkbaşına gəlmir, ikincisi, üçüncüsü də ardınca gəlir. Belə ki, biz azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan bildiriş almışıq ki, “Şahdəniz” yatağındakı öhdəsindən qısa zamanda gəlmək mümkün olmayan çətinliklərə görə, bu gündən etibarən gündəlik tədarük edilən 1,7 milyon kubmetr qazın nəqlini dayandırmaq məcburiyyətində qalıblar.

Qaz təchizatının bərpasına nə qədər vaxt lazım olacağına dair heç bir əminlik və aydınlıq yoxdur”. Odur ki, əziz insanlar, bu o deməkdir ki, biz bu gündən öz ehtiyatlarımızı daha güclü və daha çox xərcləməyə başlayırıq”, - Vuçiç qeyd edib.

Dövlət başçısı cari qış mövsümü üçün ölkədə kifayət qədər enerji ehtiyatının olduğunu, lakin Azərbaycanın tədarükünün tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

Vuçiç 2024-cü il dekabrın sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla apardığı danışıqların yekunlarına görə, “Niş yaxınlığında əlavə elektrik enerjisi mənbəyini təmin edəcək qaz elektrik stansiyasının birgə tikintisi” planının vacibliyini qeyd edib. Xarici işlər naziri Marko Djuricin sözlərinə görə, Bakının sayəsində Serbiyanın enerji təhlükəsizliyi “bu keşməkeşli vaxtlarda” əhəmiyyətli dərəcədə möhkəmlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin