Vəzifəsindən azad edilən Samir Şərifovdan ilk AÇIQLAMA

Hazırda oxunan: Vəzifəsindən azad edilən Samir Şərifovdan ilk AÇIQLAMA

229404

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

Bizim.Media xəbər verir ki, yeni təyinatı ilə bağlı “manset.az”a açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 

“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah növbəti həftə bəlli olacaq”, - S. Şərifov əlavə edib.


Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin