Naim Asas: “Fransanın Ermənistanı dəstəkləməsi şifahi eskalasiyanı artırır” - ÖZƏL

Hazırda oxunan: Naim Asas: “Fransanın Ermənistanı dəstəkləməsi şifahi eskalasiyanı artırır” - ÖZƏL

229356

“Azərbaycan lideri İlham Əliyevin bəyanatı, Fransa ilə Azərbaycan arasındakı artan gərginlikdən xəbər verir. Həmçinin Prezident İlha Əliyevin çıxışı beynəlxalq siyasi ritorikanın müxtəlif elementlərini əks etdirir. İlham Əliyev beynəlxalq tənqidləri milli gücün simvoluna çevirir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Fransanın Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Artıq Fransanın müstəmləkə siyasətinə “dur” deyən var — Bu, Azərbaycandır!


Azərbaycan Prezidentinin 7 yanvar tarixində yerli televiziya telekanallarına müsahibəsində Fransa ilə bağlı səsləndirdiyi fikirləri şərh edən Asas, Azərbaycan liderinin öz güclü siyasəti ilə Fransaya cavab verdiyini bildirib.

“Azərbaycanın strategiyası Fransanı nüfuzdan salır”

“Bu strategiya, suverenlik və milli qürur üzərində qurulmuş bir diskursla milli ictimai rəyi birləşdirmək məqsədi daşıyır, eyni zamanda Fransanı beynəlxalq arenada nüfuzdan salır. Fransa ilə Azərbaycan arasındakı əhali və güc fərqini vurğulamaqla, Əliyev Fransanın ittihamlarının həddən artıq və əsassız olduğunu sübut etməyə çalışır”, - deyə N.Asas bildirib.

Erməni lobbisinin Fransa siyasətinə təsiri

Fransanın Azərbaycana qarşı mənfi mövqe sərgiləməsinin səbəbləri barədə danışan analitik, əsas məsələnin Fransa daxilindəki erməni lobbisi olduğuna diqqət çəkib:

“Fransa böyük bir erməni diasporuna ev sahibliyi edir. Bu Fransaya siyasi təsir göstərir. Bu durum Fransada demək olar ki, erməni maraqlarına sistematik dəstək ideyasını gücləndirir və Bakı bunu haqlı olaraq tərəfkeşlik kimi qəbul edir.

Fransanın Ermənistanı şərtsiz dəstəkləməsi kimi qəbul edilən yanaşma, balanslı dialoqun qurulmasına kömək etmir və şifahi eskalasiyanı artırır. Bu dalandan çıxmaq üçün, mülki əhalinin qorunmasına və ərazi bütövlüyünün qorunmasına yönəlmiş çoxtərəfli tədbirlər vasitəsilə qərəzsiz vasitəçilik təşviq edilməli və etimad bərpa olunmalıdır”, - deyə N.Asas qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin