Prezidentdən Paşinyana MESAJ: “Yaxşı olardı ki, Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin” - VİDEO

Hazırda oxunan: Prezidentdən Paşinyana MESAJ: “Yaxşı olardı ki, Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin” - VİDEO

228977

“Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev yerli televiziya kanallarına müsahibə VERDİ - FOTO/VİDEO


Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlətimizin başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları vardır.

“Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin”, - deyən Prezident, həmçinin vurğulayıb: “Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin