Prezident: "Vətəndaşlarımızın həlak olmasının günahı Rusiya nümayəndələrinin üzərindədir"

Hazırda oxunan: Prezident: "Vətəndaşlarımızın həlak olmasının günahı Rusiya nümayəndələrinin üzərindədir"

228697

"Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzasında - red.) həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik".

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident qəzada sağ qalan təyyarə bələdçiləri ilə GÖRÜŞDÜ - FOTO/VİDEO


Hazırda "qara qutu"ların şifrəsinin açılması prosesinin getdiyini söyləyən dövlətimizin başçısı qeyd edib:

"Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin