Aİ Şurasına sədrliyi dövründə Polşa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ÇALIŞACAQ

Hazırda oxunan: Aİ Şurasına sədrliyi dövründə Polşa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ÇALIŞACAQ

228345

Polşa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın 2025-ci il yanvarın 1-dən iyunun 30-dək Aİ Şurasına sədrliyi çərçivəsində hazırladığı fəaliyyət proqramında qeyd edilib.

Plana əsasən, Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək.

Həmçinin gürcü xalqının Aİ-yə üzvlük arzuları dəstəklənəcək. Bununla yanaşı, ümumi xarici və təhlükəsizlik siyasəti (ÜXTS) çərçivəsində Qərbi Balkanlar və Türkiyənin Aİ ilə sıx əməkdaşlıq orbitində qalmasını təmin etmək üçün davamlı siyasi dialoqun qorunması da daxil olmaqla, səylər göstəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin