Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
"Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.
Xatırladaq ki, dünən Monteneqronun Çetinye şəhərində kafelərin birində baş vermiş silahlı insident nəticəsində yeddi nəfər ölüb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:00 / 02.01.2025
Azərbaycan XİN Monteneqroya başsağlığı VERDİ – FOTO
Hazırda oxunan: Azərbaycan XİN Monteneqroya başsağlığı VERDİ – FOTO
Hazırda oxunan: Azərbaycan XİN Monteneqroya başsağlığı VERDİ – FOTO
228202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.