Azərbaycan Prezidenti İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Sədr,
Sudanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycanla Sudan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:26 / 01.01.2025
Prezidentdən Sudanın Suveren Keçid Şurasının Sədrinə TƏBRİK MƏKTUBU
Hazırda oxunan: Prezidentdən Sudanın Suveren Keçid Şurasının Sədrinə TƏBRİK MƏKTUBU
Hazırda oxunan: Prezidentdən Sudanın Suveren Keçid Şurasının Sədrinə TƏBRİK MƏKTUBU
228049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.