“Həmrəylik günü dil, əqidə birliyimizin rəmzinə çevrilib” - Milli Məclisin MÜRACİƏTİ

Hazırda oxunan: “Həmrəylik günü dil, əqidə birliyimizin rəmzinə çevrilib” - Milli Məclisin MÜRACİƏTİ

227607

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.

Bizim.Media xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında gündəlikdə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ yer alıb. 

Müraciəti deputat Samir Vəliyev oxuyub. 

“Sayına və intellektual potensialına görə dünyanın böyk millətləri ilə bir sırada dayanmağa haqqı çatan qüdrətli Azərbaycan xalqının milli-mənəvi bütövləşməyə çağırış günü münasibətilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Tariximizə və mədəniyyətimizə dərin kök salmış Həmrəylik günü dil, əqidə birliyimizin rəmzinə çevrilib.
 

Biz bu günü qeyd edərkən xalqımızın əsrlər boyu yaratdığı milli dəyərlərə sadiqliyimizi, onları daha da artıraraq gələcək nəsillərə ötürmək əzmində olduğumuzu ifadə edirik”, - deyə müraciət mətnində qeyd olunub.


Müraciət səsə qoyularaq qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin