Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Misirin ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir.
Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir bildirib ki, ölkəmiz Misir ilə aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Tərəflər Azərbaycan ilə Misir arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, Misirdən olan sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ("Caspian Agro") iştirakı və digər məsələləri müzakirə ediblər. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
03:41 / 29.12.2024
Azərbaycan və Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilir - FOTO
Hazırda oxunan: Azərbaycan və Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilir - FOTO
Hazırda oxunan: Azərbaycan və Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilir - FOTO
227511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.