Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması barədə xəbər məni dərindən kədərləndirdi.
Bu kədərli anlarda Portuqaliya xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyir, həmrəyliyimizi bildirirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:00 / 28.12.2024
Portuqaliya Prezidenti dövlətimizin başçısına başsağlığı verdi
Hazırda oxunan: Portuqaliya Prezidenti dövlətimizin başçısına başsağlığı verdi
Hazırda oxunan: Portuqaliya Prezidenti dövlətimizin başçısına başsağlığı verdi
227488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.