İlham Əliyev: "AZAL-a məxsus təyyarə Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb”

Hazırda oxunan: İlham Əliyev: "AZAL-a məxsus təyyarə Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb”

227469

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalıb və idarəetməsini tam itirib, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirilib, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib”.

Bizim.Media xəbər verir ki, bu barədə dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin