ABŞ Prezidenti Co Bayden AZAL-ın təyyarə qəzası və sonrakı hadisələrlə bağlı məlumatlandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
“Qazaxıstan və Azərbaycan birgə araşdırma aparır. Lazım gələrsə, biz bu təhqiqatda öz köməyimizi təklif etmişik”, - Kirbi qeyd edib.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:12 / 28.12.2024
“Lazım gələrsə, təyyarə qəzası ilə bağlı təhqiqatda öz köməyimizi təklif etmişik” - ABŞ rəsmisi
Hazırda oxunan: “Lazım gələrsə, təyyarə qəzası ilə bağlı təhqiqatda öz köməyimizi təklif etmişik” - ABŞ rəsmisi
Hazırda oxunan: “Lazım gələrsə, təyyarə qəzası ilə bağlı təhqiqatda öz köməyimizi təklif etmişik” - ABŞ rəsmisi
227384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.