Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı OLDU

Hazırda oxunan: Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı OLDU

227369

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, tlefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb.

Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırılıb.

Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.

Tərəflər, həmçinin Yaxın Şərqdə, o cümlədən Suriya ətrafında mövcud vəziyyəti müzakirə ediblər. Ölkəmizin Suriyada humanitar yardım niyyəti müzakirə olunub.

Danışığı zamanı habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri və planları nəzərdən keçirilib.

Telefon danışığı çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin