Əlcəzair Prezidenti: “Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm”

Hazırda oxunan: Əlcəzair Prezidenti: “Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm”

227360

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.

Dost Azərbaycan xalqının başına gələn faciə ilə əlaqədar Zati-alinizə və həlak olanların ailələrinə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Mən Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm və belə bir çətin zamanda Əlcəzairin ölkənizlə həmrəy olduğunu vurğulayır, xəsarət alanların tezliklə sağalmalarını ürəkdən arzulayıram.

Zati-aliləri, Sizə bir daha dərin hüznlə başsağlığı verir, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin