Sərhəddəki təxribatların iki SƏBƏBİ - Biri Ərdoğanla bağlıdır…

Hazırda oxunan: Sərhəddəki təxribatların iki SƏBƏBİ - Biri Ərdoğanla bağlıdır…

22721

Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi davam edir. Erməni kəşfiyyat-diversiya qruplarının Kəlbəcər rayonu sahəsində törətdiyi təxribatlarından sonra Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə məruz qalıb.

Görünən odur ki, Ermənistanda 20 iyun parlament seçkiləri yaxınlaşdıqca, bu ölkənin aktiv siyasi camiəsi sərhəd və torpaq məsələlərini şişirdərək Ermnistan cəmiyyətini hansısa vədlərlə aldatmağa çalışırlar. Günlərdir ki, Ermənistan mətbuatında guya Azərbaycan hərbçilərinin ermənilərin hansısa ərazilərinə girdikləri ilə bağlı əsassız informasiyalar yayılır.

Ermənistan ordusunun sərhəddəki təxribatlarının arxasında hansısa məqsədlərə çatmaq kimi məkirli niyyətləri açıq-aydın görünür.

Siyasi şərhçi Fikrət Sadıqov Bizim.Media-ya açıqlamasında erməni təxribatlarının arxasında iki səbəb dayandığını deyib:

“Birincisi, ölkədaxili və daxili-siyasi qarşıdurma fonunda atılan addımlardır. Görünür, onlar parlament seçkiləri ərəfəsində bir sıra dairələrə cə qüvvələrə sübut etmək istəyirlər ki, biz Azərbaycanın hücumedici addımlarına adekvat cavab verə bilirik. İkinci səbəb isə xarici aspektdir. Ermənistan bir sıra xarici dövlətlərə guya Azərbaycanın aqressiv bir siyasətini gündəmə gətirmək istəyirlər. Yəni ki, elə bir dövlətik ki, bizi nəinki əziblər, “torpaqlarımızı” işğal ediblər, hətta digər sərhəd zonalarında da bizə qarşı hücumlar başlanıb və gəlin bizi xilas edin. Əsas səbəb budur”.

Politoloqun fikrincə, gərginliyin yaranması bir sıra erməni dairələrin və siyasi qüvvələrin maraqlarına cavab verir:

“Hesab edirəm ki, bu gərginlik hələ bir müddət davam edəcək. Xüsusilə dünyaya mesaj göndərirlər ki, Türkiyə-Azərbaycan alyansı bu regionda əsas təhlükə mənbəyidir. Yəni Ərdoğanın Qarabağa səfəri bu təhlükələri dərinləşdirəcək və bu istiqamətdə Azərbaycan güclü bir qüvvəyə çevriləcək. Əlbəttə ki, öz ərazilərini müdafiə etməyə qadirdir. Eyni zamanda Ermənistana o dəmir yumruğunu nümayiş etdirməyə hər zaman hazırdır”.

Fikrət Sadıqov Azərbaycan-Ermənistan sərhəd təxribatlarında Rusiya faktorunun rolundan da danışıb. O, vurğulayıb ki, istənilən halda Rusiya Ermənistanın hərbi və siyasi müttəfiqidir:

“Biz bunu yaddan çıxarmamalıyıq. Rusiya neytral mövqedə qalmaq görüntüsü nümayiş etdirir. Əslində çox istəyir ki, ermənilərin burnu qanamasın. Təssüflər olsun ki, müəyyən qüvvələr Ermənistanın başını sığallayır və onları bəlkə də belə təxribatlara təhrik edir”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin