“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı”.
Bizim.Media “kommersant.ru” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.
“Hazırda araşdırma aparılır və hər hansı aviasiya hadisəsi ixtisaslaşmış aviasiya orqanları tərəfindən araşdırılmalıdır. Bu araşdırmanın sonunu gözləmək lazımdır”, - deyə o bildirib.
Peskov vurğulayıb ki, istintaqın nəticələrindən əvvəl hər hansı fərziyyə qurmaq düzgün olmaz.
“Əlbəttə ki, biz bunu edə bilmərik və bunu heç kim etməməlidir”, - deyə Kremlin mətbuat katibi əlavə edib.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:07 / 26.12.2024
Peskov: “Qəza ilə bağlı fərziyyə irəli sürmək düzgün deyil”
Hazırda oxunan: Peskov: “Qəza ilə bağlı fərziyyə irəli sürmək düzgün deyil”
Hazırda oxunan: Peskov: “Qəza ilə bağlı fərziyyə irəli sürmək düzgün deyil”
227125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.