Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlu 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, türkiyəli nazirin təbrik mesajı onun rəsmi tvitter səhifəsində yerləşdirilib.
“Vətən Müharibəsində qazanılmış dastan kimi zəfərin sevinci ilə Can Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır! Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”, – M.Çavuşoğlu deyib.
Bizim.Media
Vatan Muharebesinde kazanılan destansı zaferin mutluluğuyla Can #Azerbaycan’ın Cumhuriyet Gününü kutluyorum.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 28, 2021
Şanlı Azerbaycan bayrağı bu yıl 28 Mayıs’ta işgalden azat edilen topraklarda da dalgalanıyor!
Üç renkli bayrağınla mesut yaşa Can Azerbaycan! ????#TekMilletİkiDevlet pic.twitter.com/UHcw41KpH8