BMT-nin Baş Katibi təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Hazırda oxunan: BMT-nin Baş Katibi təyyarə qəzası ilə bağlı başsağlığı verdi

227078

BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytı məlumat yayıb.

“Baş katib, Qazaxıstanın qərbində baş vermiş və Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasının vətəndaşları da daxil olmaqla, çoxlu sayda insanın həlak olmasına səbəb olmuş təyyarə qəzası xəbərindən dərin kədər hissi keçirir.

O, olanların ailələrinə dərin hüznlə başsağlığı verir və hadisədən təsirlənmiş ölkələrlə həmrəyliyini ifadə edir. Baş katib, həmçinin Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam sağalmasını arzulayır”, - bəyanatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin