Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı ilə bağlı faciəli xəbəri dərin hüznlə və kədərlə qarşıladım.
Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bütün zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirik”.
Bizim.Media