Türkiyə Böyük Millət Məclisinin sədri təyyarə qəzası ilə bağlı BAŞSAĞLIĞI VERDİ

Hazırda oxunan: Türkiyə Böyük Millət Məclisinin sədri təyyarə qəzası ilə bağlı BAŞSAĞLIĞI VERDİ

227004

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qəza yerindən daha bir VİDEO


Bildirilib ki, N.Kurtulmuş azərbaycanlı həmkarına zəng edərək "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Yaralıların tezliklə sağalmalarını diləyib.

Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin