İsrail Dövlətinin Prezidenti İshak Hersoq Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.
“Bu gün səhər saatlarında Aktau yaxınlığında Azərbaycan Hava Yollarının Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş bütün xalqların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm", - Hersoq bildirib.
Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bizim.Media