Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Bizim.Media xəbər verir ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bu gün Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edə bilməyəcəyini və geri dönmək haqqında qərar qəbul etdiyini bildirib.
Dövlət başçıları sıralarında Azərbaycan, Rusiya və digər ölkələrin vətəndaşlarının yer aldığı təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib və xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:23 / 25.12.2024
İlham Əliyev təyyarədə olarkən Vladimir Putinə ZƏNG ETDİ
Hazırda oxunan: İlham Əliyev təyyarədə olarkən Vladimir Putinə ZƏNG ETDİ
Hazırda oxunan: İlham Əliyev təyyarədə olarkən Vladimir Putinə ZƏNG ETDİ
226931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.