“Ermənistanda seçki öncəsi daxili siyasi vəziyyətin mürəkkəbləşməsi və Azərbaycanla dövlət sərhəddində delimitasiyadan yayınaraq terror-texribatlar hallarına yol verməsi gözlənirdi. Həmçinin Azərbaycana qarşı hücum palnıda masada olub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri siyasi ekspert Məhəmməd Əsədullazadə feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, növbəti dəfə də təxribatların baş verməsi mümkündür:
Politoloqun fikrincə Ermənistan çalışır ki, Azərbaycan hücum etsin ABŞ, Fransa və Rusiyanın kəskin reaksiyası ilə üzləşsin:
“Məhz N. Paşinyanın dövlət sərhəddində hər iki tərəfin öz silahlı qüvvələrini geri çəkməsi, ABŞ və Fransanın iştirakı müşahidəçilərin yerləşdirilməsi təklifi buna əsaslanır. Hazırda N. Paşinyan Rusiyanın fəaliyyətindən narazı olaraq ABŞ və Fransanı prosesə cəlb etməyə çalışır. Qeyd edim ki, iki ölkə arasında sərhədlərin delimitasiyasında Azərbaycan üçüncü qüvvələrin iştirakını qəbul etməməli və yalnız əldə olunan xəritələrə əsasən, buna getməlidir”.
M. Əsədullazadə bildirib ki, Rusiya da burada Azərbaycanı KTMT üzv etmək üçün Ermənistanla bütün sərhəd boyunda vəziyyəti gərginləşdirməyə çalışacaq. Azərbaycana qarşı bu kimi təzyiqlər davam edir”.
Siyasi ekspert qeyd edib ki, Azərbaycan Minsk qrupunun fəaliyyətinə icazə verməməli və Türkiyə ilə birgə fəaliyyətini genişləndirərək Türkiyə hərbi bazasının yaradılmasına gedilməlidir:
“Demək olar ki, Ermənistanla müharibə vəziyyətinə gəlmişik. Rusiya məhz vəziyyətin hazırkı situasiyada davam etməsində maraqlıdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:36 / 28.05.2021
“Ermənistanla müharibə vəziyyətinə gəlmişik” - TƏHLİL
Hazırda oxunan: “Ermənistanla müharibə vəziyyətinə gəlmişik” - TƏHLİL
Hazırda oxunan: “Ermənistanla müharibə vəziyyətinə gəlmişik” - TƏHLİL
22693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.